Makron Mbappeni razı salmağa çalışacaq
Transfer

Makron Mbappeni razı salmağa çalışacaq

  • 2021-09-09

Fransa prezidenti Emmanuel Makron "PSJ"nin futbolçusu Kilian Mbappenin Paris təmsilçisində qalmasını istəyir.

"Marca"ya istinadən, dövlət başçısı 22 yaşlı hücumçu ilə yeni müqavilə imzalanması ilə bağlı danışıqlara qatılıb. Makronun fransalı oyunçunu müqavilənin müddətini uzatmağa razı salmaq üçün onunla şəxsi yazışmalara başladığı vurğulanıb.

Qeyd edək ki, Mbappe daha əvvəl klubunun bir neçə təklifini rədd edib. "PSJ"nin oyunçuya oktyabrda növbəti müqavilə təklif edəcəyi bildirilir.