"Real" yeni transferini təqdim etdi
Transfer

"Real" yeni transferini təqdim etdi

  • 2021-09-08

"Real" yeni transferi Eduardu Kamavinqanı ictimaiyyətə təqdim edib.

Klubun rəsmi saytına istinadən, 19 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Real" fransalı oyunçu ilə 6 illik müqavilə imzalayıb. O, son olaraq Fransanın "Renn" klubunda çıxış edib.