Transfer

"Neftçi"dən braziliyalı hücumçu transferi - Rəsmi

  • 2021-09-08

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"ağ-qaralar" braziliyalı hücumçu Tiaqo Bezerranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tiaqo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

34 yaşlı futbolçu "Neftçi"də 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bezerra daha əvvəl Türkiyədə "Altay", "Adana Dəmirspor", Özbəkistanda "Paxtakor", Qətərdə "Əl Sailiyə"də çıxış edib.