Pike karyerasını bitirmək istəyir
Transfer

Pike karyerasını bitirmək istəyir

  • 2021-09-08

"Barselona"nın futbolçusu Jerar Pike mövsümün sonunda karyerasını bitirə bilər.

"goal.com"a istinadən, bu barədə 34 yaşlı müdafiəçi açıqlama verib:

"Barselona"da karyeramı bitirəcəm və heç yerə getməyəcəm. Nə vaxt? Bu mövsüm artıq sonuncu ola bilər. Gələn mövsüm futbol oynayacağımı dəqiq deyə bilmərəm. Faydalı ola bilməyəcəyimi hiss etdiyim zaman karyeramı bitirəcəm".

Qeyd edək ki, Pike 2008-ci ildən "Barselona"da çıxış edir.