"Barselona" Neymarı geri qaytarmaq istəyib
Transfer

"Barselona" Neymarı geri qaytarmaq istəyib

  • 2021-09-06

"Barselona" bu yay "PSJ"nin hücumçusu Neymarı geri qaytarmaq istəyib.

Bu barədə "RAC1" məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta yayda Neymarla danışıq aparmaq üçün klubun iki nümayəndəsini  Parisə göndərib. Bunun öyrənən "PSJ"nin sahiblərindən biri 29 yaşlı hücumçunun transferinin qarşısını almaq üçün onun atasının hesabına 20 milyon avro köçürüb.

Qeyd edək ki, Neymar yayda Messi hələ də "Barselona"da ikən argentinalı futbolçu ilə birgə oynamaq istədiyini söyləmişdi.