"Qalatasaray" futbolçusunu icarəyə verdi
- 2021-09-06
"Qalatasaray" futbolçusu Emre Akbabanı icarəyə verib.
29 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümünü "Alanyaspor"da keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2018-ci ildən "Qalatasaray"da çıxış edən Emre Akbaba 2016 - 2018-ci illərdə də Alanya təmsilçisində oynayıb.