Mario Götze ilə yeni müqavilə
Transfer

Mario Götze ilə yeni müqavilə

  • 2021-09-06

PSV futbolçusu Mario Götze ilə müqaviləni yeniləyib.

Klubun mətbuat xidmətinə istinadən, almaniyalı futbolçunun Eyndhoven təmsilçisi ilə yeni sözləşməsi 2024-cü ilə qədərdir.
 
Qeyd edək ki, DÇ-2014-ün final oyununda yeganə qolu vuraraq Almaniyaya dünya çempionluğununu qazandıran Mario karyerası ərzində "Borussiya"(Dortmund) və "Bavariya"da da oynayıb.