Bruno Alveşin yeni klubu
Transfer

Bruno Alveşin yeni klubu

  • 2021-09-05

Portuqaliya millisinin sabiq üzvü Bruno Alveşin yeni klubu müəyyənləşib.

39 yaşlı müdafiəçi "Apollon Smirnis"ə transfer olunub. Bu barədə Yunanıstan Superliqasının təmsilçisinin saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Alveşin son klubu Famalikan olub. O, bu yay müqavilə imzaladığı sözügedən klubdan iki həftə sonra ayrılmışdı.