Rodriqes karyerasını Türkiyədə davam etdirə bilər
Transfer

Rodriqes karyerasını Türkiyədə davam etdirə bilər

  • 2021-09-05

"Everton"un yarımmüdafiəçisi Xames Rodriqes karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

"Foot Mercato"ya istinadən, "Başakşəhər" 30 yaşlı oyunçu ilə maraqlanır. Türkiyə klubunun 2021/22 mövsümünün sonuna qədər kolumbiyalı futbolçunu icarəyə götürməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, X.Rodriqes ötən mövsüm "Everton"da 26 oyuna çıxıb, 6 qol vurub və 9 qolun ötürməsini verib.