"Liverpul" Salahla yeni müqavilə imzalayır
- 2021-09-05
"Liverpul" futbolçusu Məhəmməd Salahla müqaviləni uzatmaq üçün danışıqları davam etdirir.
Britaniya mətbuatına istinadən, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp üçün misirli hücumçu ilə yeni müqavilə imzalamaq birinci prioritetdir.
"Liverpul"un Salahla müqavilənin uzadılması ilə bağlı danışıqların uğurlu olacağına inandığı vurğulanıb. Tərəflər 2025-ci ilə qədər yeni sözləşmə imzalaya bilərlər.
Qeyd edək ki, 29 yaşlı oyunçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.