Falkaonun yeni klubu rəsmiləşdi
Transfer

Falkaonun yeni klubu rəsmiləşdi

  • 2021-09-04

Qalatasaraydan ayrılan Radamel Falkaonun yeni klubu müəyyənləşib.

35 yaşlı hücumçu karyerasını Rayo Valyekanoda davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Falkao sentyabrın 1-i Qalatasaray müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.