Pavel Paşayev yeni klubu müəyyənləşdi
Transfer

Pavel Paşayev yeni klubu müəyyənləşdi

  • 2021-09-04

Azərbaycan millisinin sabiq üzvü Pavel Paşayev Ukraynanın "VPK - Arqo" komandasına keçib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin 33 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

Əlavə edək ki, Ukraynanın 1-ci liqasında çıxış edən “VPK-Arqo” bu mövsüm keçirdiyi 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Pavel Paşayev son olaraq Ukraynada Premyer Liqa təmsilçisi "Aleksandriya"da oynayıb. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb.