Pyaniç "Beşiktaş"da - Rəsmi
Transfer

Pyaniç "Beşiktaş"da - Rəsmi

  • 2021-09-03

"Barselona" futbolçusu Miralem Pyaniçi icarəyə verib.

31 yaşlı yarımmüdafiəçi karyerasını "Beşiktaş"da davam etdirəcək. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edək ki, Pyaniç ötən ildən "Barselona"da oynayır. Onun Kataloniya klubu ilə sözləşməsi 2024-cü ilin iyun ayına qədərdir.