Dervişoğlu yenidən Qalatasarayda
Transfer

Dervişoğlu yenidən Qalatasarayda

  • 2021-09-01

Qalatasaray növbəti transferini həyata keçirib.

İstanbul təmsilçisi Brentforddan Halil Dervişoğlunu yenidən icarəyə götürüb. Türkiyə millisinin üzvü 2021/2022 mövsümündə də "Cim-Bom"da çıxış edəcək.

Qeyd edək ki, H.Dervişoğlu 2020/2021 mövsümünün ikinci hissəsindən Qalatasarayda icarə əsasında oynayıb. O, yarım mövsümdə meydana çıxdığı 12 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.