"K" hərfini unutdular deyə transfer alınmadı
Transfer

"K" hərfini unutdular deyə transfer alınmadı

  • 2021-09-01

Ayntraxt Frankfurt Lazionun Filip Kostiç üçün göndərdiyi transfer təklifində "K" hərfini unutduğuna, Lazio isə Ayntraxtın ona səhv email adresi verdiyinə görə günahlandırıb.

Alman və italyan klubları arasında transfer pəncərəsinin son günündə maraqlı an yaşanıb. İtalyan klubu Lazio iyun ayından etibarən serb oyunçu Kostiçin transferi üçün Ayntraxta təklif göndərmişdi. Lakin, transfer anlaşılmazlıq səbəbindən baş tutmadı.

Lazio alman klubunun transferin baş tutmaması məqsədi ilə ona səhv email adresi verməkdə günahlandırıb. Ayntraxt isə bu ittihamları qətiyyətlə rədd edib və italyan tərəfinin yazılı rəsmi təklifi zamanı klubun email adresində "K" hərfini unutduğu üçün transferi qəbul edə bilmədiklərini açıqlayıb. 

Qeyd edək ki, Lazio keçən həftə rəsmi transfer təklifini eintrachtfrankfurt.de adresi əvəzinə eintrachtfranfurt.de-yə göndərib.