Ronaldonun oğlu da "Mançester Yunayted"ə keçdi
- 2021-09-01
"Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldo oğlu Junior Ronaldo "qırmızı şeytanlar"ın aşağı yaş qrupunda oynayacaq.
Bu barədə "A Bola" nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçunun oğlu futbolçuların yaşı 12 -dən çox olmayan komandada çıxış edəcək.
Qeyd edək ki, Ronaldo "MY" ilə 2+1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Junior daha əvvəl "Yuventus"un aşağı yaş komandasında oynayırdı.