Məşhur məşqçi Türkiyə klubunda
Transfer

Məşhur məşqçi Türkiyə klubunda

  • 2021-09-01

"Adana Demirspor"un yeni baş məşqçisi müəyyənləşib.

Klubun saytına əsasən, Samet Aybabanın istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Vinçenzo Montella təyin olunub. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Adana Demirspor" Türkiyə Superliqasında keçirdiyi 3 matçın heç birində qələbə qazana bilməyib.

Xatrladaq ki, Montella daha əvvəl "Fiorentina", "Sevilya", "Milan", "Sampdoriya", "Roma" kimi klubları çalışdırıb.