"Qəbələ"dən yeni transfer - Rəsmi
Transfer

"Qəbələ"dən yeni transfer - Rəsmi

  • 2021-09-01

"Qəbələ" heyətinə yeni futbolçu qatıb.

Klubun rəsmi saytına əsasən, "qırmızı-qaralar" Omar Hanini transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Haninin son klubu "APOEL" olub (2019-2021). Lakin o, geridə qalan mövsümü icarə əsasında "Olimpiakos"da keçirib.

Əlavə edək ki, iordaniyalı oyunçu ölkəsinin əsas millisində 1 matç da keçirib.