"Atletiko"nun futbolçusu "Çelsi"də
Transfer

"Atletiko"nun futbolçusu "Çelsi"də

  • 2021-09-01

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

London klubunun rəsmi saytına əsasən, "Atletiko"nun (Madrid) yarımmüdafiəçisi Saul Niges bir illik icarəyə götürülüb.

"Çelsi" mövsümün sonunda 27 yaşlı futbolçunu 40 milyon avroya transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Saul Niges ötən mövsüm "Atletiko"da 41 oyun keçirib və 2 qol vurub.