Beşiktaş müdafiəçi ilə razılaşdı
Transfer

Beşiktaş müdafiəçi ilə razılaşdı

  • 2021-08-31

Beşiktaş heyətinə yeni futbolçu qatacaq.

Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbul təmsilçisi Atletikodan Fransisko Monteronu transfer edəcək. Tərəflər arasında artıq 4 illik razılıq əldə olunub. 22 yaşlı müdafiəçi bu gecə İstanbula gələrək tibbi müayinədən keçəcək və onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Montero geridə qalan mövsüm icarə əsasında "qara qartallar"da oynayıb.