Yuventusdan yeni transfer
Transfer

Yuventusdan yeni transfer

  • 2021-08-31

Yuventus heyətini yeni futbolçu ilə gücləndirib.

Turin təmsilçisi PSV-nin yarımmüdafiəçisi Məhəmməd Amine İhattareni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Amine PSV-nin yetirməsidir. O, son mövsümdə Niderland təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.