Moyze Kin “Yuventus”da - Rəsmi
Transfer

Moyze Kin “Yuventus”da - Rəsmi

  • 2021-08-31

"Yuventus" "Everton"un futbolçusu Moyze Kinin transferini rəsmiləşdirib.

Bu barədə klubun saytı məlumat yayıb. Turin təmsilçisinin 21 yaşlı hücumçunu 2 illik icarəyə götürdüyü bildirilib. "Yuventus" bu keçidə görə 7 milyon avro (2021/22 mövsümündə 3 milyon, 2022/23 mövsümündə 4 milyon avro) ödəyəcək. Razılığa əsasən, "Yuventus"  icarə müddəti başa çatdıqdan sonra futbolçunun birdəfəlik alacaq.  Bunun üçün 28 milyon avro ödəniləcək. Klub bu məbləği 3 il ərzində ödəyə bilər. Həmçinin müqavilədə 3 milyon avro dəyərində bonus da nəzərdə tutulub.

Qeyd edək ki, Moyze Kin "Yuventus"un yetirməsidir. 2016-cı ildən bu komandada çıxış edən futbolçu 2019-cu ildə 25 milyon avroya "Everton"a keçmişdi.