"Atletiko" "Barselona"nın təklifini rədd etdi
Transfer

"Atletiko" "Barselona"nın təklifini rədd etdi

  • 2021-08-31

"Atletiko" futbolçusu Joao Feliksi "Barselona"ya icarəyə verməyi rədd edib

Bu barədə "goal.com" məlumat yayıb. Kataloniya klubu "Atletiko"ya 21 yaşlı yarımmüdafiəçi üçün təklif göndərsə də, Madrid təmsilçisi bunu qəbul etməyib. "Atletiko" transfer pəncərəsi bağlanmamışdan əvvəl danışıqlardan imtina edib.

Bildirilir ki, "Barselona" oyunçununu meneceri Xorxe Mendeşin vasitəsi ilə də Feliksə transfer təklifi göndərib. Oyunçu Kataloniya klubuna keçməyə  maraqlıdır. Lakin onun klubu bu fikirdə deyil. "Atletiko" Feliksin gələcəkdə ulduz futbolçu olacağına və komandaya əlavə güc qatacağına inanır. Həmçinin Madrid təmsilçisi növbəti dəfə La Liqanın qalibi olmaq üçün çalışır. Bu səbəbdən klub güclü oyunçularını əldən vermək istəmir.

Qeyd edək ki, Joao Feliks "Atletiko"ya 2019-cu ildə 126 milyon avroya "Benfika"dan keçib.