"Liverpul"dan yeni müqavilə
Transfer

"Liverpul"dan yeni müqavilə

  • 2021-08-31

"Liverpul" kapitanı Cordan Hendersonla müqavilənin müddətini uzadıb.

Klubun saytına əsasən, 31 yaşlı yarımmüdafiəçi ilə  uzunmüddətli müqavilə imzalanıb.

"The Athletic" nəşri ingilis oyunçu ilə müqavilənin müddətini 2025-ci ilin yayınadək olduğunu yazıb.

Qeyd edək ki, Henderson 2011-ci ildən "Liverpul"da oynayır.