"Real Madrid"dən yeni transfer
Transfer

"Real Madrid"dən yeni transfer

  • 2021-08-31

"Real Madrid" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. "Kral klubu"nun "Renn"dən Eduardo Kamavinqanın transferi üçün razılaşdığı bildirilib. "Real Madrid" bu keçidə görə bonuslar da daxil olmaqla 31 milyon avro ödəyəcək.


Xəbərdə o da qeyd  olunub ki, 18 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib və onunla müqavilə imzalanıb.

Əlavə edək ki, 2019-cu ildən "Renn"də oynayan Kamavinqa ilə "PSJ" və "Mançester Yunayted" də yaxından maraqlanırdı.