"Real Madrid" Mbappenin transferindən imtina etdi
Transfer

"Real Madrid" Mbappenin transferindən imtina etdi

  • 2021-08-30

"Real" "PSJ"nin hücumçusu Kilian Mbappeni bu yay transfer etmək fikrindən daşınıb.

Bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi Madrid klubunun fransalı oyunçu üçün göndərdiyi son təklifə müəyyən edilmiş müddət ərzində cavab verməyib və bundan sonra "Real Madrid" sonrakı danışıqlar cəhdlərini dayandırıb.

Qeyd edək ki, "PSJ" "Real Madrid"in 170 milyon avro və 10 milyon avro bonusun yer aldığı təklifi rədd etmişdi.