"Çelsi"dən "Milan"a - Rəsmi
- 2021-08-30
"Çelsi" futbolçusu Temue Bakayokonu "Milan"a icarəyə verib.
İtaliya klubunun saytına əsasən, 27 yaşlı yarımmüdafiəçi iki il müddətinə A seriyası təmsilçisində icarə əsasında oynayacaq.
Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm icarə əsasında "Napoli"də çıxış edib. Bakayoko burada meydana çxıdığı 44 matçda 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.
Xatırladaq ki, Bakayoko 2018/2019 mövsümündə də "Milan"dan icarədə olub.