Marsel Zabitser Bavariyada - Rəsmi
Transfer

Marsel Zabitser Bavariyada - Rəsmi

  • 2021-08-30

Bavariya Leyptsiqin futbolçusu Marsel Zabitseri transfer edib.

Bu barədə klubun saytı xəbər verib. Avstriyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Zabitser, ötən mövsüm Bundesliqada meydana çıxdığı 28 matçda 8 qol vurub.