Marsel Zabitser Bavariyanın hədəfində
Transfer

Marsel Zabitser Bavariyanın hədəfində

  • 2021-08-28

Bavariya heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

Almaniya mətbuatının yaydığı məlumata görə, Münhen təmsilçisi Leyptsiqdən Marsel Zabitseri almaq istəyir. Tərəflər artıq 27 yaşlı yarımmüdafiəçinin transferi üçün danışıqlara başlayıb. Bavariya avstriyalı oyunçuya görə qarşı tərəfə 16 milyon avro ödəyəcək.

Həmçinin bildirilib ki, artıq Bavariya Zabisterlə prinsipial razılıq əldə edib.

Qeyd edək ki, Zabister 2014-cü ildən Leyptsiqdə oynayır.