Beşiktaş heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi Şalkedən Can Bozdoğanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bozdoğan Şalkenin yetirməsidir.