Qalatasaray futbolçusunu icarəyə verdi
Transfer

Qalatasaray futbolçusunu icarəyə verdi

  • 2021-08-28

Qalatasaray futbolçusu Jesse Sekidikanı icarəyə verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu Aud-Heverle Löven klubuna keçib. Onunla 1 illik müqavilə imzalanıb. Belçika təmsilçisi nigeriyalı futbolçu üçün Qalatasaraya 300 min avro ödəyəcək.

Qeyd edək ki, Sekidikanı ötən ildən İstanbul klubunda çıxış edir.