Mamadu Kane Afinaya getdi
- 2021-08-27
"Neftçi"nin futbolçusu Mamadu Kane karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.
Yunanıstan mətbuatına əsasən, 24 yaşlı yarımmüdafiəçi "Olimpiakos"a keçidini tamamlamaq üçün Afinaya yola düşüb.
Pirey təmsilçisinin qvineyalı oyunçu ilə 4 illik müqavilə imzalayacağı bildirilib. "Olimpiakos" Kaneyə görə "Neftçi"yə 300 min avro ödəyəci vurğulanıb.
Qeyd edək ki, Kane 2019-cu ilin yanvarından Bakı klubunda oynayır.