"Tottenhem"dən "Uotford"a - Rəsmi
Transfer

"Tottenhem"dən "Uotford"a - Rəsmi

  • 2021-08-27

"Tottenhem"in yarımmüdafiəçisi Mussa Sissoko "Uotford"a keçib.

Klubun saytına görə, 31 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm meydana çıxdığı 42 oyunda 1 qol vurub, 1 qolun ötürməsini verib.