"Siti" Ronaldodan imtina etdi
Transfer

"Siti" Ronaldodan imtina etdi

  • 2021-08-27

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo "Mançester Siti"yə keçməyəcək.

Bu barədə jurnalist Fabrizio Romano "Tvitter" səhifəsində yazıb.

İngiltərə təmsilçisi portuqaliyalı oyunçu ilə danışıqlardan imtina etmək qərarına gəlib. Tərəflərin müqavilənin şəxsi şərtlərində razılığa gəlmədiyi vurğulanıb.

Romano hazırda "Mançester Yunayted"in 36 yaşlı oyunçu üçün rəsmi təklif hazırladığını yazıb: "Mançester Yunayted" Ronaldo üçün rəsmi müqavilə təklifi hazırlayır! Bu təklifi Jorge Mendeş (Ronaldonun agenti) tezliklə alacaq. "Yunayted" danışıqların uğurlu nəticəsinə əmindir. Futbolçunun özü agentinə Mançesterə qayıtmağa hazır olduğunu bildirib. İndi klub Ronaldo ilə 2023 -cü ilə qədər olacaq müqaviləni müzakirə edir".

Xatırladaq ki, Kriştiano 2003-2009 -cu illərdə "Yunayted" də çıxış edib.