Mbappe transferi tamamlanmaq üzrədir
Transfer

Mbappe transferi tamamlanmaq üzrədir

  • 2021-08-27

"Real" "PSJ"nin futbolçusu Kilian Mbappenin transferini tamamlamaq üzrədir.

Bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Madrid təmsilçisinin fransalı hücumçunun təqdimatına hazırlaşdığı qeyd olunub. Bildirilir ki, Mbappe sentybarın 10-da "Santyaqo Bernabeu" stadionunda təqdim olunacaq.

Fransa mətbuatı isə artıq Mbappenin "PSJ"dəki komanda yoldaşları ilə vidalaşdığını və onlara "Real"a keçəcəyi haqda məlumat verdiyini yazıb.

Qeyd edək ki, Mbappe 2017-ci ildən "PSJ"də çıxış edir. Onun Paris klubu ilə gələn ilin yayına qədər sözləşməsi var.

Əlavə edək ki, "PSJ" "Real"ın 160 milyon avruluq təklifini rədd edib. Paytaxt təmsilçisi hücumçunu daha baha qiymətə satmaq istəyir. Tərəflərin 170+10 milyon avroya razılaşdıqları bildirilib.