Siti Ronaldonu transfer etməkdə israrlıdır
Transfer

Siti Ronaldonu transfer etməkdə israrlıdır

  • 2021-08-26

Mançester Siti  Yuventusun oyunçusu Kriştiano Ronaldonu transfer etməkdə israrlıdır.

Dünən Mançester Sitinin Ronaldonu transfer etmək istədiyi barədə xəbərlər yayılıb. İtaliya mətbuatı futbolçunun agenti Xorxe Mendeşin danışıqlar üçün Turinə getdiyini yazıb. Jurnalist Nikolo Skiranın "Tvitter" səhifəsində verdiyi məlumata əsasən, Mançester təmsilçisi portuqaliyalı hücumçuya 2 illik müqavilə təklif edib.

Qeyd edək ki, Ronaldonun Yuventusla müqaviləsi 2022-ci ilin yayı başa çatır.