Dembele Barselonada qalacaq
Transfer

Dembele Barselonada qalacaq

  • 2021-08-26

Barselona futbolçusu Usman Dembele ilə müqavilənin müddətinin uzadılması üzərində işləyir.

"Mundo Deportivo" xəbər verir ki, klub transfer pəncərəsi bağlanandan sonra danışıqlar sürətlənəcəyinə və ən azı üç mövsümlük müqavilə imzalanacağına ümid edir.

Yeni sözləşmə zamanı tərəflər Kataloniya təmsilçisinin iqtisadi vəziyyətini nəzərə alacaqlar. Usmanın hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Dembele 2017-ci ildə Borussiyadan (Dortmund) Barselonaya transfer olunub.