Deklan Rays Sulşerin hədəfində
Transfer

Deklan Rays Sulşerin hədəfində

  • 2021-08-26

Mançester Yunaytedin baş məşqçisi Ole Qunnar Sulşer bu yay yarımmüdafiəçi alınmasını istəyir.

Bu barədə "The Independent" məlumat yayıb. Bildirilib ki, norveçli mütəxəssisin əsas prioriteti Vest Hemdən Deklan Raysı almaqdır. Ancaq Yunaytedin bu yay çox olmayan büdcəsi və Vest Hemin 115 milyon avro tələb etməsi səbəbindən oyunçunun transferi bir illik təxirə salına bilər. Mançester klubu futbolçunun alınması üçün vəsait toplamaq üçün Donni van de Bek və Fil Conu satmağa hazırdır.

Bildirilib ki, Mançester Yunayted rəhbərliyi Braytonun yarımmüdafiəçisi Yves Byssumla da maraqlanır.