Qalatasaraydan yeni transfer
Transfer

Qalatasaraydan yeni transfer

  • 2021-08-25

Qalatasaray heyətinə yeni futbolçu qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi FCSB-dən (Rumınya) Olimpiu Vasile Morutanı alıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Morutan 2018-ci ildən FCSB-də çıxış edirdi.