"Fənərbaxça"dan “Kayserispor”a
Transfer

"Fənərbaxça"dan “Kayserispor”a

  • 2021-08-25

Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Superliqa təmsilçisi "Fənərbaxça"dan Mame Tiamı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Tiam 2020-ci ilin avqustundan "Fənərbaxça"da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 33 matçda 8 qol vurub.