Hələ "Mançester Yunayted"dən təklif almamışam
Transfer

Hələ "Mançester Yunayted"dən təklif almamışam

  • 2021-06-11

"Mançester Yunayted"in futbolçusu Pol Poqba "Yuventus"a keçəcəyi haqda xəbərlərə münasibət bildirib.

Fransalı yarımmüdafiəçi "Football Italia"ya açıqlamasında deyib:

“Müqaviləmin bitməyinə bir il qaldı. Bunu hamı bilir. Hələ "Mançester Yunayted"dən yeni bir təklif almamışam. Bunu müzakirə etmək üçün məşqçi və menecerimlə görüşməmişik. Mən "Mançester Yunayted"in oyunçusuyam. Fikrimi "Avro-2020"yə yönəltmişəm. Yalnız çempionata diqqət ayırıram. Çünki qalanlarını həll edəcək bir agentim var".

Qeyd edək ki, Fransa millisinin üzvü 2016-cı ildə 105 milyon avroya "Yuventus"dan "Mançester Yunayted"ə keçib.