"Real" Mbappe üçün ilk təklifi yolladı
Transfer

"Real" Mbappe üçün ilk təklifi yolladı

  • 2021-08-24

"Real Madrid"in Fransa ilə Dünya Kubokunu qazanan və "PSJ" ilə müqaviləsinin gələn yay başa çatacaq olan Mbappe üçün ilk təklifini etdiyi bildirilir.

İngiltərənin aparıcı idman qəzeti olan "Talksportun" xəbərinə görə: "Real Madrid" ilk təklifini edib.

"PSJ" ilə yeni müqavilə imzalamayan və hədəfinin "Real Madrid" olduğunu açıqlayan gənc hücumçu üçün İspan nəhənginin ilk təklifinin 160 milyon avro olduğu qeyd edilir. 

Fransa mətbuatı "PSJ"nin 160 milyon avroluq ilk təklifi rədd etdiyini, lakin danışıqların davam etdiyini qeyd edir.