Zappakosta "Atalanta"da - Rəsmi
Transfer

Zappakosta "Atalanta"da - Rəsmi

  • 2021-08-24

"Çelsi" futbolçusu Davide Zappakosta ilə yollarını ayrırıb.

29 yaşlı müdafiəçi İtaliyanın "Atalanta" klubuna keçib. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliyalı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Davide Zappakosta ötən mövsümü icarə əsasında İtaliyanın "Cenoa" klubunda keçirib.