Torreyra Fiorentinada
Transfer

Torreyra Fiorentinada

  • 2021-08-24

Arsenalın yarımmüdafiəçisi Lukas Torreyra Fiorentinaya keçməyə yaxındır.

Jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsində yaydığı məlumata görə, Torreyra, bu gün İtaliya klubunda tibbi müayinədən keçəcək.

Yarımmüdafiəçi yeni klubunda icarə əsasında çıxış edəcək. Fiorentina onun üçün 1.5 milyon avro icarə haqqı ödəyəcək.