Umtiti bütün təklifləri rədd etdi
Transfer

Umtiti bütün təklifləri rədd etdi

  • 2021-08-24

"Barselona"nın futbolçusu Samuel Umtiti başqa klubların göndərdiyi bütün təkifləri qəbul etməyib.

Bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi fransalı müdafiəçini pulsuz buraxmağa hazır olsa da, o, klubla müqaviləyə xitam vermək istəmir.

Qeyd edək ki, Umtiti ötən mövsüm La Liqada 13 matçda oynayıb.