Mbappeyə növbəti təklif
Transfer

Mbappeyə növbəti təklif

  • 2021-08-23

"PSJ" futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Bu barədə RMC məlumat yayıb. Bildirilib ki, Paris klubu 22 yaşlı oyunçu ilə 5+1 müqavilə imzalamağa hazırdır.

Qeyd edək ki, fransalı futbolçunun "PSJ" ilə hazırkı sözləşməsi 2022-ci ilin yayı başa çatır. O, klubunun bundan əvvəlki təkliflərini müsbət cavablandırmayıb.