Keyn üçün son cəhd
- 2021-08-23
"Mançester Siti" "Tottenhem"in futbolçusu Harri Keyni transfer etmək üçün son cəhdini edib.
"The Telegraph"a əsasən, Mançester təmsilçisi ingilis hücumçuya görə təxminən 150 milyon avro ödəməyə hazırdır. Ancaq "Tottenhem"in prezidentinin Daniel Levinin bu təklifdən imtina etmək niyyətində olduğu vurğulanıb.
Qeyd edək ki, Keyn ötən mövsüm Premyer Liqada 35 matça çıxıb, 23 qol vurub və 14 qolun ötürməsini verib.