"Mançester Yunayted" futbolçusunu icarəyə verdi
Transfer

"Mançester Yunayted" futbolçusunu icarəyə verdi

  • 2021-08-23

Mançester Yunayted" futbolçusu  Brendon Uilyamsı icarəyə verib.

Klubun saytına əsasən, 20 yaşlı müdafiəçi 2021/2022 mövsümünü icarə əsasında "Norviç"də keçirəcək. O, yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Uilyams ötən mövsüm bütün turnirlərdə 14 matçda oynayıb.