"Lill"dən Burak Yılmaz açıqlaması
Transfer

"Lill"dən Burak Yılmaz açıqlaması

  • 2021-08-23

"Lill"in prezidenti Olivier Letanq komandanın futbolçusu Burak Yılmazın gələcəyindən danışıb.

Fransa mətbuatına əsasən, o, adı "Nitsa" ilə hallanan Türkiyə millisinin üzvünün komandada qalacağını deyib: "Nitsa"nın bizdən xəbərsiz bir müddətdir Burakla təmasda olduğunu bilirik. Burak Yılmaz mənə və baş məşqçiyə komandada qalmaq istədiyini söylədi. Ayrılmaq fikri yoxdur. Ən önəmlisi budur. Burakın klubdan ayrılması mümkünsüzdür".

Qeyd edək ki, Burak Yılmaz ötən mövsüm Fransa çempionatında meydana çıxdığı 28 matçda 16 qol vurub, 5 qolun ötürməsini verib.