Kimmix 2025-ci ilə qədər "Bavariya"da
Transfer

Kimmix 2025-ci ilə qədər "Bavariya"da

  • 2021-08-23

"Bavariya" futbolçusu Yozua Kimmixin müqaviləsini yeniləyib.

Bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Kimmix 2015-ci ildən "Bayern"də çıxış edir. Həmçinin, yarımmüdafiəçi Almaniya milli komandasının da üzvüdür.